Dolların bahalaşması nefti ucuzlaşdırır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Dünya birjalarında neft ucuzlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 53,19 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,09% azalaraq 55,96 dollar olub.

Neftin ucuzlaşmasına dolların möhkəmlənməsi səbəb olub.

Vətənim Media Shorts

YouTube-da aç ↗