Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Ötən gecə 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.
Parisdəki səfər oyununda gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan “Barselona” bu dəfə rəqibini öz meydanında qəbul edib. “Barsa” 6:1-lik fantastik qələbə qazanıb.
“Benfika” Dortmund “Borussiya”sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə “Benfika” 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən “Borussiya” mübarizəni davam etdirir.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
8 mart
“Barselona” (İspaniya) – PSJ (Fransa) 6:1
İlk oyun – 0:4
“Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) 4:0
İlk oyun – 0:1
7 mart
“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) – 1:5
İlk oyun – 1:5
“Napoli” (İtaliya) – “Real” (İspaniya) – 1:3
İlk oyun – 1:3
14 mart
23:45. “Yuventus” (İtaliya) – “Portu” (Portuqaliya)
İlk oyun – 2:0
23:45. “Lester” (İngiltərə) – “Sevilya” (İspaniya)
İlk oyun – 1:2
15 mart
23:45. “Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə)
İlk oyun – 3:5
23:45. “Atletiko” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun – 4:2
(modern.az)
