Bakıdakı “Xruşovka”ların söküntüsünə BU İL başlanacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Bakıdakı yeni tikinti layihələri tender vasitəsilə müəyyən olunacaq. Hazırda tədbirlər planı üzərində işləyirik”.

Bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini  Elxan Əsədov deyib.

O bildirib ki, Bakıdakı 1-ci mikrorayonda “Xruşovka” tipli binaların söküntü işlərinə bu il ərzində başlanacaq: “Hələlik layihə təqdim olunmayıb. Layihələr tender vasitəsilə müəyyən olunacaq. İşlərin 3 il ərzində yekunlaşdırılması planlaşdırılır”.

Elxan Əsədov  bildirib ki, Fövqəladə Hallar Nazirliyi və yaradılacaq işçi qrupu tərəfindən bir sıra güzəştlər veriləcək.

O həmçinin  qeyd edib ki, vətəndaşlara kirayə üçün veriləcək kompensasiya məbləği mənzilin sahəsinə uyğunlaşdırılacaq:

“Vətəndaşlar evlərə köçürülərkən istədiyi mərtəbədə mənzillə təmin olunacaq”.

1-ci mikrorayonunun­ ərazisində 34 bina söküləcək. Həmin ərazidən 1729 ailə köçürüləcək. (modern.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗