“Beşiktaş” ilə “Mançester Yunayted” 1/4 finalda – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türklər yunanları darmadağın etdi

Bu gecə futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarına keçirilib. İstiPress-in məlumtına görə, Türkiyənin “Beşiktaş” klubu Yunanıstanın “Olimpiakos” komandasına böyük hesabla qalib gəlib. Rəqiblərini 4:1 hesabı ilə məğlub edən “Qara qartallar” 1/4 finala vəsiqə qazanıb.

Günün digər matçı Belçikada keçirilib. Səfərdə rəqibini 5:2 hesabı ilə darmadağın edən “Genk” öz meydanında “Gent”i məğlub edə bilməyib. “Genk”1:1 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib. İspaniyanın “Selta” klubu isə səfərdə Rusiyanın “Krasnodar” kollektivinə 2:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqəni təmin edib.

“Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) – 4:1 
Qollar: Abubakar, 10 (1:0), Babel, 22 (2:0), Elyounuossi, 31 (2:1), Babel,  75 (3:1), Cenk Tosun, 84 (4:1)
Qırmızı vərəqə: Abubakar. 39 (“Beşiktaş”)
İlk oyun – 1:1

“Genk” (Belçika) – “Gent” (Belçika) – 1:1 
Qollar: Kastagne, 20 (1:0), Verstraete, 84 (1:1)
İlk oyun – 5:2

“Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) – 0:2 
Qollar: Mallo,  52, Aspas, 80
İlk oyun – 1:2

“Ajaks” (Hollandiya) – “Kopenhagen” (Danimarka) 2:0
Qollar: Traore, 23, Dolberq, 45+2
İlk oyun – 1:2

“Anderlext” (Belçika) – APOEL (Kipr) 1:0
Qol: Acheampong, 65
İlk oyun – 1:0

 “Roma” (İtaliya) – “Lion” (Fransa) 2:1
Qollar: Diakhabi, 16 (0:1), Strootman, 18 (1:1), Tousart, 60-avtoqol (2:1)
İlk oyun – 2:4

“Borussiya” (Münhenqladbax, Almaniya) – “Şalke” (Almaniya) 2:2
Qollar: Kristensen, 26 (1:0), Dahoud, 45+2 (2:0), Qoretzka, 54 (2:1), Bentaleb, 68 (2:2)
İlk oyun – 1:1

“Mançester Yunayted” (İngiltərə) – “Rostov” (Rusiya) 1:0
Qol: Mata, 71
İlk oyun – 1:1

Vətənim Media Shorts

YouTube-da aç ↗