Çində bir qan xərçəngi xəstəsi Jia Binhui maddi imkansızlıq ucbatından müalicə oluna bilməyib. Bu səbədən də özü-özünü müalicə etmək üçün maraqlı bir üsula əl atıb.
Belə ki, 25 yaşlı Binhui böyük bir tonqal qalayır və oddan yarım metr hündürlükdə yerləşdirdiyi kötüklərin üstündə yatır. Tonqal üzərində yatmasının səbəbini də özü kəşf edib.
Kasıb fermer olan Binhui həkimlərdən öyrənib ki, xərçəng hüceyrələri 42 selsi dərəcə temperaturda ölür. Bundan sonra Binhui özünü müalicə etmək üçün bu qəribə üsuldan istifadə etmək qərarına gəlib.
Öz kəşfindən danışan Binhui qeyd edib ki, bu üsulu tətbiq etmək üçün isti su lazımdır. Ancaq suyu 42 dərəcədə saxlamaq qeyri-mümkündür və buna görə də Binui bu metoddan istifadə edir.


Moderator.az
