138 min ton mərminin saxlandığı hərbi anbarda yanğın – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ukrayna hərbi prokurorluğu hadisəni təxribat adlandırıb

Xarkov vilayətində döyüş sursatlarının saxlandığı anbarda yanğın olub. İstiPress bu barədə  Ukrayna Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Balakleya şəhərində yerləşən silah bazasında yanğın gecə saatlarında qeydə alınıb. Bundan sonra döyüş sursatları partlamağa başlayıb və hazırda partlayışlar davam edir.

Anbarda 138 min ton mərminin saxlandığı bildirilir.

Ölkənin hərbi prokuroru Anatoli Matios hadisəni təxribat adlandırıb.

Yaxınlıqda yaşayan  20 min nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin yanan anbardan 40 km radiusda uçuşlar qadağan edilib. Şəhərdən yüzlərlə maşın çıxdığı üçün tıxac yaranıb.

Ölən və yaralananlar barədə hər hansı məlumat yoxdur.

Xəsarət alanlar barədə məlumat verilmir.

Vətənim Media Shorts

YouTube-da aç ↗