TÜRKSOY tərəfindən 2017-ci il üçün “Türk Dünyasının Mədəniyyət Başkəndi” elan edilmiş Qazağıstanın Türküstan şəhərində, Xoca Əhməd Yəsəvi Adına Beynəlxalq Türk-Qazax Universitetinin Mədəniyyət Mərkəzində TÜRKSOY tərəfindən təşkil olunmuş “Türk Dünyasının Beynəlxalq Musiqi Festivalı” keçirilib.
Turkustan.info xəbər verir ki, festivalda Azərbaycanı təmsil edən “Cəngi qrupu” münsiflər heyəti tərəfindən I yerə layiq görülüb.
Qaliblərə mükafat olaraq 1 500 000 təngə (5 000 $) təqdim olunub.



Turkustan.info
