Türkeşin qızı referendumla bağlı mövqeyini açıqladı: “Atam sağ olsaydı…”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Milliyətçi Hərəkat Partiyasının mərhum lideri Alparslan Türkeşin qızı Çağrı Türkeş referendumla bağlı mövqeyini açıqlayıb.

Turkustan.info Türkiyə mediasına istinadla bildirir ki, xanım Türkeş qatıldığı bir konfransdakı çıxışında referendumda “Yox” deyəcəyini bildirib. Türkeş, “Ötən 15 illik zaman ərzində ölkəmizə bir çox tələlər qurulduğuna şahid olduq. Və Cənab Prezidentimiz də özünün bir çox məsələdə aldadıldığını dedi ki, etiraf etdi. Bu son dəyişiklik təklifi də, son bir aldanmağa qapı açacaq bir təklifdir. Mən bu cür dəyərləndirirəm. Ölkəmizin bölünməz bütövlüyünü, Türk Millətinin birliyini təhlükəyə salacaq bir təklif olduğunu gördüyüm üçün yox deyirəm. Rəhmətlik atam Alparslan Türkeş də tamamilə onun prinsiplərinə qarşı bir təklifdir bu. O həyatda olsaydı, belə bir təklifi Milliyyətçi Hərəkat Partiyası rəhbərlərinin dəstəkləməsi mümkün olmazdı. Biz ölkəmizin sağlamlığı üçün, partiyamızın ayaqda qala bilməsi üçün referenduma könüldən “yox” deyirik”.

Turkustan.info

Vətənim Media Shorts

YouTube-da aç ↗