Bulvarda İNTİHAR

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğlunun meyitini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Vətənim Media Shorts

YouTube-da aç ↗