Qeyrətimizə atılan güllələr – FOTOLARIN DİLİ İLƏ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Səma Ramazanlı

 

Yaralı Vətənimin iniltisi dəyirdi hər gecə qulaqlarıma.

Sanki Qarabağdan gələn güllə səsləri yuxularıma qarışıb ruhumu diksindirirdi. Yurd həsrətli, qarabağlı balası, nişanlım, qazi Zaur Gülməmmədovdan məni o torpaqlara götürməsini xahiş etdim.

Xocavənd nisgilli Zaur “qeyrətimizə atılan güllələr cavabsız qalıb” deyərək sussa da, inadımdan əl çəkmədim, getmək istədiyimi bildirdim.

Ağdam,Tərtər tərəflərə yol aldıq. Xarabaya çevrilmiş, bayquş yuvalarına dönən yurdlarımızı gördükcə hönkürüb ağlamaq istəyirdim, amma ağlamadım. Ağladanı ağlatmaq üçün əyilməyən qamət, bükülməyən diz lazım idi.

Gözlərimin yaşını içimə axıdaraq, uzaqdan görünən əsir yurdlarıma “Tezliklə görüşünüzə üçrəngli bayrağımla gələcəyəm”deyərək geri döndüm.

Vətənim Media Shorts

YouTube-da aç ↗