Elektrik qatarı ləğv edildi: Bakı-Gəncə-Bakı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Qərar 2 gün sonra qüvvəyə minir

Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir.

“Azərbaycan Dəmiryolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirzadənin verdiyi məlumata görə, Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəlindən çıxma halları baş verir. Belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur.

Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə  Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarı  ləğv edilir.    İstiPress

Vətənim Media Shorts

YouTube-da aç ↗