45 yaşlı kişi özünü qaz borusundan asdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Sulutəpə qəsəbəsində intihar hadisəsi baş verib.

Binəqədi Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə rayonun Sulutəpə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Əliyev Müşfiq Cənnət oğlu özünü yaşadığı evin həyətindəki qaz borusundan asaraq intihar edib.

 İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗