Azay Quliyev: Azərbaycan ATƏT PA ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan ATƏT Parlament Assambleyası (PA) ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir.

Bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.

O bildirib ki, bu məqsədlə Milli Məclisin sədri Oqtay Əsədov ATƏT PA-nın sədri Kristine Muttoneni Azərbaycana dəvət edib:

“Ümid edirik ki, bu səfər yaxın vaxtlarda gerçəkləşəcək. Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın növbəti görüşü olacaq, orada mən bu dəvəti bir daha xatırladacağam”.

Vətənim Media Shorts

YouTube-da aç ↗