“İnter”dən futbolçulara maraqlı qadağa

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İtaliyanın “İnter” klubunun rəhbərliyi bu gündən futbolçuları məşq bazasında saxlamağa qərar verib.

Bu addım komandanın qeyri-qənaətbəxş qəbul olunan son nəticələri ilə əlaqədar atılıb.

Milan klubu son 5 oyunda 3 məğlubiyyətlə üzləşib və 2 heç-heçə edib. Rəhbərlik baş məşqçi Stefano Pioliyə dəstək verib. Futbolçulara isə aprelin 30-dək bazanı tərk etmələri yasaqlanıb.

Hazırda “İnter” “A” Seriyasında 7-ci pillədə gedir. Komanda növbəti turda “Napoli” ilə qarşılaşacaq.

Vətənim Media Shorts

YouTube-da aç ↗