Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq, arabir tutulacaq. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Iyunun 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Havanın temperaturunun gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
