Prezident Şövkət Ağayevə “20 Yanvar Şəhidi” fəxri adı verdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan Prezidenti İlham Əliyev “20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə “20 Yanvar Şəhidi” fəxri adı verilsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vətənim Media Shorts

YouTube-da aç ↗