Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başladılar

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start veriləcək. 

Ilk yarış günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Azərbaycanı bu çəkilərdə 3 idmançı təmsil edəcək. Qadınlardan Bazarraqça Erdenebat 1/32 finaldan, Leyla Əliyeva isə 1/16 finaldan mübarizəyə başlayacaq.
Kişilərin yarışında isə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov 1/16 finaldan çıxış edəcək.

48 kq
1/32 final. Bazarraqça Erdenebat – Aleksandra Pop (Rumıniya)
1/16 final. Leyla Əliyeva – Funa Tanaki (Yaponiya)

 60 kq
1/16 final. Orxan Səfərov – Tapiva Pavari (Zimbabve) / Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Azərbaycanı ümumilikdə 9 kişi və 8 qadın cüdoçu təmsil edəcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗