Olimpiya Stadionu toy mərasimləri keçirməkdən imtina etdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bir müddət öncə idman yarışları ilə yanaşı, toy mərasimlərinin də keçiriləcəyi məkan olaraq gündəmə gələn Bakı Olimpiya Stadionunda intensiv işlər aparılır.

Bu haqda modern.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva bildirib.

O qeyd edib ki, stadionda toy keçirilməsi üçün müraciətlər olsa belə, artıq qəbul edilmir:

“Biz hazırda millimizin yarışlarına hazırlaşırıq. “Qarabağ” klubunun oyunları da burda keçiriləcək. Avropa liqası və Çempionlar liqasının finalının burda keçirilib-keçirilməyəcəyilə bağlı konkret cavab gözləyirik. Böyük planlarımız var, işlərimiz çoxdur”.

Vətənim Media Shorts

YouTube-da aç ↗