“Bavariya” xal itirdi, “Borussiya” zirvədə tək qaldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Almaniya Bundesliqasında VI tura start verilib.

Turun ilk oyununda “Bavariya” “Volfsburq”u qəbul edib.

Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Son turların uğursuz komandası “Bavariya” yenə xal itirib. Halbuki, qarşılaşmanın 56-cı dəqiqəsinə qədər Münhen klubu 2:0 öndə idi.

Lider “Borussiya” (Dortmund) bu gün meydana çıxacaq. “Sarı-qaralar” Münhenqladbaxdan olan adaşı ilə üz-üzə gələcək.

Almaniya Bundesliqası
VI tur

22 sentyabr
“Bavariya” – “Volfsburq” – 2:2
Qollar: Levandovski, 33. Robben, 42 – Arnold, 56. Didavi, 83.

23 sentyabr
“Hoffenhaym” – “Şalke” – 2:0
Qollar: Qeyqer, 13, Rupp, 90+3

“Maynts” – “Herta” – 1:0
Qol: De Blasis, 54 (pen.)

“Leyptsiq” – “Ayntraxt” – 2:1
Qollar: Avqustin, 28, Verner, 67 – Rebiç, 77

“Ştutqart” – “Auqsburq” – 0:0

“Verder” – “Frayburq” – 0:0

“Borussiya” D. – “Borussiya” M. – 6:1
Qollar: Filip, 28, 38, Obameyanq, 45, 49, 62, Vayql, 79 – Stindl, 66

24 sentyabr
“Hannover” – “Köln” – 0:0

“Bayer” – “Hamburq” – 3:0
Qollar: Volland, 20, 83, Alario, 23

Turnir cədvəli

1. Borussiya D. 6 5 1 0 19:1 16
2. Hoffenhaym 6 4 2 0 11:5 14
3. Bavariya 6 4 1 1 14:5 13
4. Hannover 6 3 3 0 6:2 12
5. Auqsburq 6 3 2 1 8:4 11
6. Leypziq 6 3 1 2 10:7 10
7. Şalke 6 3 0 3 7:8 9
8. Herta 6 2 2 2 6:6 8
9. Borussiya M. 6 2 2 2 8:11 8

10. Bayer 6 2 1 3 12:10 7
11. Ayntraxt 6 2 1 3 4:5 7
12. Ştuttqart 6 2 1 3 3:7 7
13. Volfsburq 6 1 3 2 5:8 6
14. Maynz 6 2 0 4 6:10 6
15. Hamburq 6 2 0 4 4:11 6
16. Frayburq 6 0 4 2 2:9 4
17. Verder 6 0 3 3 3:7 3
18. Köln 6 0 1 5 1:13 1

Vətənim Media Shorts

YouTube-da aç ↗