Bakıda 100 kitab 1 manata satılacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Qanun” nəşrlər evi yeni kampaniyaya başlayır.

Fəvarrələr Meydanı, “Soyuq əllər, isti ürək yarmarkası”nda 100 adda kitab 1 manatdan satışa çıxarılacaq.
Siyahıda Umberto Ekonun “Sıfır Sayı”, Qabriel Qarsiya Markesin “Polkovnikə məktub yoxdur”, “Hüznlü fahişələrim”, Erix Mariya Remarkın “Qərb cəbhəsində yenilik yoxdur”, Migel de Servantesin “Lamançlı Don Kixot”, Uilyam Somerset Moemin “Ay və qara qəpik”, Uilyam Folknerin “Tüstü”, Ziqmund Freydin Xoşbəxtlik ehtimalımız Aforizmlər”, Qustav Floberin “Sadəlövh”, Ernest Heminqueyin “Klimancaro qarları”, Mustafa Mənsurun “Cüzamlı əllər və donuz sümüyü”, Fransua Saqanın “Salam Kədər” kimi məşhur kitablar, eləcə də hüquq, qanun və motivasiya kitabları yer alıb.

Xatırladaq ki, yarmarka dekabrın 1-dən start götürəcək. Kitabların 1 manatdan satışı ilk həftə üçün keçərlidir.

/BakuPost.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗