Şəhid hərbçimiz dəfn edilir – FOTOLAR

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Başından vurulan hərbçi 14 il xidmət edib

Ötən gün ermənilərin atdığı güllə nəticəsində şəhid olan azərbayacanlı hərbçinin cənazəsi ailəsinə təhvil verilib.  Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş gizir Fizuli Salahov bu gün doğulduğu Şabran rayonunun Gəndab kəndindəki qəbristanlıqda dəfn olunur.

Baş nahiyəsindən snayperlə vurulan Fizuli Salahov 2003 -cü ildən Milli Ordu sıralarında qulluq edirdi. Mərhum iki oğul atası olub.

Salahov Fizuli Süleyman oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən şəhid olub.

Allah rəhmət eləsin!

  • Şəhidin dəfni
    Şəhidin dəfni

Vətənim Media Shorts

YouTube-da aç ↗