Türk Cümhuriyyətlərindən 6 ölkədə aparılan anketin diqqət çəkən nəticələri ortaya çıxıb.
Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanda yaşı 18-dən yuxarı olan 500 nəfərə 60 sual verilib.
Verilən suallardan biri isə “Türk dünyasında “Tarixi və dövlət adamlarından kimi tanıyırsınız?” olub. Verilən cavablar arasında çoxluq təşkil edəni Atatürk və Nazarbayev çıxıb. Atatürkün adının ən çox hallandığı ölkə isə Azərbaycan olub. Azərbaycanlıların 77,8 faizi Atatürkü ən çox sevilən dövlət adamı olaraq bildirib. Orta Asya dövlət başçıları arasında Nazarbayev yüksək xal qazanan lider olub. Qırğızıstan isə Ərdoğanı seçib.
Bundan başqa turizmlə bağlı verilən sualda da bütün ölkələr Türkiyəni seçib. Müqəddəs torpaqlarla bağlı sualda Azərbaycan Çanaqqala, İstanbul, Sultanəhməd və Ayasofyanı müqəddəs yer olaraq göstərib. Qazaxıstan Əhməd-Yəsəvinin türbəsinin olduğu Türkmənistanı, Türkiyə isə Məkkə, Mədinə, Buxara və Ötükəni seçib.
Həmçinin “türk dünyasında baş verənləri izləyirsinizmi?” sualına gəldikdə, Azərbaycan və Qırğızıstanın türk dünyasını daha çox izlədiyi məlum olub.
“Türk dünyasını ən çox nələr birləşdirir” sualına “tarixi, dili, mədəniyyəti və dini” cavabı verilib. /A24.az/
