DƏHŞƏT: Məhbusları küçədə insanların gözləri qarşısında güllələdilər – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Liviyanın Benqazi şəhərində məhbusları küçədə – camaatın gözləri qarşısında güllələyiblər.

Hadisənin görüntülərini “Al Arabiya” nəşri dərc edib.

Kadrlarda göy rəngli iş paltarında və gözləri bağlı 9 kişi görünür. Daha sonra onların qanlar içində yerdə uzandıqları göstərilir. Güllələnmədən sonra cəsədləri pikaplara yükləyərək insanların qışqırıqlarının altında aparıblar.

Nəşr yazır ki, güllələnmə yanvarın 23-də terror aktı törədilən məscidin qarşısında icra edilib. Terror aktında 35 nəfər həlak olmuşdu.  /Publika.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗