ABŞ-ın Rusiyaya yönəlik sanksiyalarının Almaniya üçün mənfi nəticələri olacaq.
Bu sözləri alman deputat Yurgen Trittin deyib.
O bildirib ki, hökumət bununla bağlı hər hansı tədbir görmək niyyətində deyil:
“Əvvəl Rusiyadan 40 faiz ucuz qiymətə alınan alüminiumu indi ABŞ-dan baha qiymətə almağa məcburuq. ABŞ-ın özbaşınalığının cəzasını AB qanuvericiliyinə uyğun fəaliyyət göstərən alman şirkətləri çəkir. ABŞ-ın son sanksiyalarının Ukrayna böhranı ilə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə, iqtisadi müharibənin bir elementidir”. /Axar.az/
