Xəzər yenə can aldı, iki nəfər qurtuldu….

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bu gün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri üçün gərgin başlayıb. Onlar 2 nəfərin həyatını qurtarıblar. 1 nəfər isə xilas ola bilməyib.

Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri Qaradağ rayonunda 2 nəfəri dənizdə batmaqdan xilas ediblər.

Xaçmaz rayonunda isə Rusiya Federasiyası vətəndaşı, 1988-ci il təvəllüdlü, Nağıyev Arzu Gündüz oğlu dənizdə boğulub. Xilasedicilər onun cəsədini sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Aydan.

Vətənim Media Shorts

YouTube-da aç ↗