Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Prezident İlham Əliyev Gəncə şəhərinə yeni icra başçısı təyin edib.
Turkustan.info xəbər verir ki, bu haqda sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:
Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2018-ci il.
Qeyd edək ki, Niyazi Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyırdı. Bu gün Prezident sərəncamı ilə o bu vəzifəsindən azad olunub.
