Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Türkiyənin Batman bölgəsinin Kozluk rayonundakı əməliyyatda iki əsgər şəhid olub.
Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kumlupınar kəndi ətrafında bir qrup terrorçunun olması ilə əlaqədar rayonda əməliyyat başlayıb.
Terrorçuların açdığı ilk atəşdə iki əsgər ağır yaralanıb.
Helikopterlə Kozluk Dövlət Xəstəxanasına aparılan iki əsgər də müdaxilə edilməsinə baxmayaraq şəhid olublar. Münaqişədə bir terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyat davam edir. /A24.Az /
