Türkiyədə 4-cü BOMBALI HÜCUM: 4 əsgər şəhid oldu, 6 yaralı var – YENİLƏNİB…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

16:31

Türkiyənin Bitlis əyalətinin Hizan rayonunda hərbçilərin avtomobilinə hücum olub.
Hadisə hərbçilərin PKK terrorçularının zərərsizləşdirilməsi üçün əməliyyatlardan qayıtdığı sırada yola döşənmiş əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində baş verib.
Nəticədə 4 hərbçi şəhid olub, 6-sı yaralanıb.
Məlumatda həmçinin bildirilib ki, Hizan rayonunun Nazar kəndində PKK terrorçularının zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatlar zamanı 1 kənd qoruyucusu şəhid olub, 1 hərbçi yaralanıb.
Yaralılar Bitlis Dövlət Xəstəxanasına yerləşdiriliblər.

———–

15:14

Türkiyənin Bitlis əyalətində partlayış olub.

Bitlisən Hizan Mahalında, hərbi avtomobili hərəkətdə ikən bombalı hücum edilib.

İlkin məlumata görə, partlayış zamanı 3 əsgər şəhid oldu, 6-sı yaralanıb.

Aydan.

Vətənim Media Shorts

YouTube-da aç ↗