Türkiyədə 8 minə yaxın polis işdən uzaqlaşdırılıb…..

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.

Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində “Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.

Məlumata əsasən, Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 7 min 850 polis vəzifələrindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.

Ötən gecə boyunca polis idarələrinə və bölmələrinə çağırılan həmin polislərin silahları və şəxsi sənədləri müsadirə edilib.

oxu.az

Vətənim Media Shorts

YouTube-da aç ↗