Sayed Ağa: Dünyadakı iqtisadi ||durum İİB-in Azərbaycandakı əməliyyatlarına təsir etməyib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

trend_sayed_aqa_230117__001Dünyada mövcud olan mürəkkəb iqtisadi durum İslam İnkişaf Bankının (İİB) Azərbaycandakı əməliyyatlarına təsir etməyib. Bunu eksklüziv müsahibəsində İİB-in vitse-prezidenti Sayed Ağa deyib.

Vitse-prezident deyib: “Sirr deyil ki, dünya maliyyə və iqtisadi çətinliklərdən əziyyət çəkir. Bu yalnız neft və digər xammalın qiyməti ilə bağlı deyil, digər faktorlar – ölkələr arasındakı münasibətlərdən də asılıdır. Bütün bunlar İİB üzv-ölkələrin iqtisadiyyatına da təsir edir. Eləcə də Azərbaycana”.

Onun sözlərinə görə, neqativ faktorlar İİB-in fəaliyyətinə təsir göstərə bilməyib: “Bizim öz kapitalımız və üzv dövlətlərin güclü dəstəyi var”.

Azərbaycandakı layihələrin maliyyələşməsi həcminə gəlincə isə S.Ağa bildirib ki, təqdim olunan vəsaitlərin həcmi bu gün 1,3 milyard dolları ötür.

O əlavə edib: “Azərbaycan İİB-in güclü üzv dövlətlərindən biridir”.

Qeyd edək ki, Azərbaycan İİB-in qrupuna 1992-ci ildə qoşulub.

Vətənim Media Shorts

YouTube-da aç ↗