VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
05.03.2017 00:21 · gunaynovruz

Qırğızıstan XİN: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

"Qırğızıstanın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasət idarəsinin Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabad deklarasiyasının siyasi bəndlərinə qoşulmamaq qərarına verdiyi kəskin reaksiyanı təəssüflə qarşılayıb". Bu barədə Qırğızıstan XİN-in rəsmi bəyanatında deyilir. “Hesab…

“Qırğızıstanın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasət idarəsinin Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabad deklarasiyasının siyasi bəndlərinə qoşulmamaq qərarına verdiyi kəskin reaksiyanı təəssüflə qarşılayıb”.

Bu barədə Qırğızıstan XİN-in rəsmi bəyanatında deyilir.

“Hesab edirik ki, bu regional birlik ilk növbədə iqtisadi məsələləri həll etməlidir. Bununla əlaqədar olaraq, bir çox nümayəndə heyətləri mövqelərini bildirmişdilər ki, təşkilatın özü və İslamabad deklarasiyası siyasiləşdirilməsin. Bununla birgə, Qırğızıstan deklarasiyanın qəbul edilməsinin qarşısını almamış, yalnız siyasi bəndlərinin təsdiqindən çəkinmişdir”, – XİN bildirir.

“Qırğızıstan Respublikası Azərbaycan Respublikası ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda daim ərazi münaqişələrinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tənzimlənməsinə tərəfdar olduğunu bildirib, o cümlədən diplomatik münasibət qurduğu hər bir ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tanıyıb”, – sənəddə əlavə olunur.

“Qırğızıstan Azərbaycanla və digər İƏT ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıdır”, – bəyanatda deyilir.

Xatırladaq ki, Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad sammitinin yekun bəyanatının siyasi bəndlərinə qoşulmayıb. Həmin bəndlərdə İƏT ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini biliriblər. Azərbaycan XİN və Azərbaycan Prezidentinin Administrasiyası Qırğızıstan rəhbərliyinin bu hərəkətini pisləyən bəyanatlar veriblər.

Virtualaz.org