İqtisadi müharibənin Azərbaycana təsiri: Dalğa yaxınlaşır?

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

“Wall Street Journal”ın adını açıqlamadığı mənbələrə istinadən yaydığı xəbərinə görə, Çin ABŞ ilə ticarət danışıqlarından imtina edib.

Məlumata görə baş nazirin köməkçisi Liu He gələn həftə Vaşinqtona göndərilməyəcək. Liunun ABŞ səfəri ərəfəsində Çindən orta səviyyəli bir nümayəndə heyətinin paytaxt Vaşinqtona səfər etməsi planlaşdırılırdı. Sözügedən xəbərə görə, həmin nümayəndə heyətinin səfəri də ləğv edilib.

ABŞ prezidenti Donald Tramp, 200 milyard dollarlıq Çin mallarına əlavə idxal tarif tətbiq edərək, Çinin cavab verməsi vəziyyətində rəqəmin artacağı xəbərdarlığını etmişdi. Çindən verilən açıqlamada, sentyabrın 24-dən etibarən 60 milyard dollarlıq ABŞ məhsuluna vergi tətbiq olunacağı bildirildi.

Çin Ticarət Nazirliyinin sözçüsü Gao Feng, yeni gömrük tariflərinin Çin-ABŞ danışıqlarına “yeni qeyri-müəyyənliklər” gətirdiyini bildirmişdi.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə Çin və ABŞ arasındakı iqtisadi gərginliyin dünya bazarına, o cümlədən, Azərbaycana təsirlərini şərh edib. İqtisadçı qeyd edib ki, sözügedən məsələyə dünya müstəvisində proqnoz vermək olar: “Bu gün dünyada ABŞ iqtisadiyyatı flaqman olduğu halda, Çin iqtisadiyyatı daha çox dünya birjalarına təsir edə biləcək gücə malikdir. Bu, daha çox diplomatik müharibədir, nəinki iqtisadi. Proses dünya bazarlarının istənilən əmtəə birjasında qiymətlərin kəskin oynamasına gətirib çıxara bilər. Qiymətli kağızlar, fond, forexs, əmtəə və eləcə də valyuta cütlükləri birjasında da intensivlik trendi əmələ gələ bilər. Hesab edirəm ki, bu gərginlik ölkələr arasında ağır qarşıdurma yaratmayacaq. Bu, sadəcə olaraq iqtisadi atışmadır. Bunu da siyasi yolla həyata keçirdirlər. Bu məsələnin ciddiliyi dünya bazarlarına ancaq bu formada təsir edə bilər”.

İqtisadi gərginliyin Azərbaycana təsirlərinə gəlincə, ekspert Çinin ölkəmiz üçün kifayət qədər mühüm əhəmiyyət kəsb edən bazar olmadığını deyib: “Ümumiyyətlə, ABŞ üçün də, Çin üçün də Azərbaycan bazarının xüsusi çəkisi hissolunmaz dərəcədə kiçikdir. Bu nöqteyi-nəzərdən Azərbaycanın fond birjasına ciddi təsiri olmayacaq”.

Gömrük rüsumları soğan bazarının strukturunu dəyişib

Oktyabrın sonunda Azərbaycan hökuməti tərəfindən yerli istehsalın təşviqi və bazarın qorunması üçün tətbiq olunan bir sıra qida və qeyri-ərzaq məhsulları üçün proteksionist gömrük rüsumlarının qüvvədə olma müddəti başa çatır (23 sentyabr 2016-cı il tarixli 367 saylı Qərar, http://www.e-qanun.az/framework/33848,).

Bu ilin altı ayında Azərbaycana 60 ton soğan idxal edilib, bunun üçün idxal rüsumu 0.20 dollar / kq təşkil edib. 2017-ci ildə idxalın həcmi 63 ton olub. amma 2016-cı ildə tələbatın ödənilməsi üçün təxminən 13,3 min ton soğan xaricdən təmin edilmişdi.

Ötən il ölkədə rekord həcmdə soğan istehsal edilib (207,5 min ton), bunun 27,2%-i ixrac olunub. Bu ilin ilk yarısında xaricə 13,8 min ton məhsul satışından 4 milyon dollardan çox gəlir əldə edilib. Soğanın kiloqramı orta hesabla 0,29 dollara satılır.   /Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗