VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
30.01.2019 22:04 · gunaynovruz

Dünyanı heyran edən azərbaycanlı qardaşlar pulsuzluqdan şikayət edirlər – VİDEO

Təkliflər çoxdur, amma hazırda Abdulhüseynovlar bütün qüvvələrini bir başlıca məqsəd üzərində cəmləyiblər - "Ginnesin rekordlar kitabı"na düşmək.  Qubalı pəhləvanlar - Laçın və Hüseyn Abdulhüseynovlar Azərbaycanı bütün dünyada tanıdırlar. Ancaq vətənlərində iş tapa…

Təkliflər çoxdur, amma hazırda Abdulhüseynovlar bütün qüvvələrini bir başlıca məqsəd üzərində cəmləyiblər – “Ginnesin rekordlar kitabı”na düşmək.

 Qubalı pəhləvanlar – Laçın və Hüseyn Abdulhüseynovlar Azərbaycanı bütün dünyada tanıdırlar. Ancaq vətənlərində iş tapa bilmədiklərini və maddi sıxıntı çəkdiklərini deyirlər.

Turkustan.info bildirir ki, Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində Hüseyn Abdulhüseynov deyib ki, qardaşı ilə birlikdə artıq uzun illərdir ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstanın televiziya kanallarındakı istedad şoularında iştirak edirlər. Leonid Yakuboviçin aparıcısı olduğu “Ya moqu” rus televiziya şousunda iştirak etdikdən sonra onlara, hətta Rusiya rekordunu vurduqlarını təsdiqləyən sertifikat verilib.

Qardaşlar qeyd edirlər ki, onların başlıca məqsədləri Azərbaycanın qədim pəhləvanlıq ənənəsini bütün dünyaya tanıtmaqdır. “Bizi müxtəlif dövlət tədbirlərində iştiraka, hərbi hissələrdə çıxışa dəvət edirlər. Biz bu təkliflərə məmnuniyyətlə razılaşırıq və tamamilə pulsuz çıxış etməyə hazırıq. Sadəcə, bizə ağır gələn odur ki, öz ölkəmiz üçün bu qədər iş görməyimizə baxmayaraq, indiyə qədər adımız heç bir mədəniyyət müəssisəsinin ştatında yoxdur və biz maaş almırıq. Bizi pul maraqlandırmır, ən əsası zəhmətimizin qiymətləndirilməsidir” – Abdulhüseynov deyib.

Onların sözlərinə görə, bütün beynəlxalq layihələrdə öz vəsaitləri hesabına iştirak edirlər. Bütün xərclərini özləri və onlara köməklərini təklif edən dost-tanışları ödəyirlər.

Pəhləvanlar bildiriblər ki, vaxtaşırı onlara xaricdən iş təklifləri gəlir. Lakin onlar vətəni tərk etmək istəmədiklərindən, bu təkliflərdən imtina edirlər. Onlar vətəndə yaşayıb-işləmək və onu xaricdə tanıtmaq istəyirlər.

“Bizə xaricdə də, Azərbaycanda da deyirlər ki, Mədəniyyət, yaxud da Gənclər və İdman nazirlilikləri uğurlarımızı nəzərə alaraq, bizi işə dəvət etməlidir. Hazırda çörəyimizi, yalnız idman zalımızın hesabına qazanırıq. Bu zal Quba şəhər məhsul yığımı üzrə dövlət təşkilatının balansındadır” – deyə Abdulhüseynov bildirib.

Qardaşlar bu zalı uzun illər əvvəl icarəyə götürüblər. Hazırda zalın vəziyyəti ürəkaçan deyil və təcili təmir tələb olunur. Onlar bu vəziyyətdə uşaqları məşq etdirməklə məşğul olurlar, təmirə isə pulları yoxdur.

Böyük çətinliklərə baxmayaraq, Abdulhüseynovlara xaricdə çıxış etmək üçün dəvətlər gəlməkdədir. Bu günlərdə onlar Rumıniyada “İstedad” şousunda çıxış ediblər və birinci turdan uğurla keçiblər. Onlar bu layihədə iştiraklarını davam etdirirlər və yaxınlarda yenidən Rumıniyaya gedəcəklər.

Təkliflər çoxdur, amma hazırda Abdulhüseynovlar bütün qüvvələrini bir başlıca məqsəd üzərində cəmləyiblər – “Ginnesin rekordlar kitabı”na düşmək. Bunun üçün onlar ən təhlükəli nömrələrini hazırlayırlar.

“Biz bütün bunları özümüz üçün deyil, ölkəmiz üçün edirik. Çox istərdik ki, kimsə bizim müraciətimizə diqqət ayırsın. Biz Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazmaq niyyətindəyik. Çox ümid edirik ki, bizim zəhmətimiz qiymətləndiriləcək” – deyə Abdulhüseynov bildirib.

Qeyd edək ki, Abdulhüseynov qardaşları Qubada doğulublar. Onlar vaxtilə məşhur pəhləvan olan atalarının izi ilə gedirlər.