VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – Xəbərdarlıq
30.01.2019 13:25 · gunaynovruz

““Sorosun uşaqları”, “Kremlin uşaqları”nı sıradan çıxarır” – EKSPERT

“Rusiya Federasiyası xarici işlər nazirinin müavini, MDB üzrə siyasətin ağır artilleriyası olan Qriqori Karasinin Ermənistana səfəri gözlənilir. Ermənistan-Rusiya əlaqələrinin gərginləşməsi fonunda bu səfər rəsmi Yerevana təzyiqlərin başlanğıcından xəbər verir. Əsasən Paşinyanın xarici…

“Rusiya Federasiyası xarici işlər nazirinin müavini, MDB üzrə siyasətin ağır artilleriyası olan Qriqori Karasinin Ermənistana səfəri gözlənilir. Ermənistan-Rusiya əlaqələrinin gərginləşməsi fonunda bu səfər rəsmi Yerevana təzyiqlərin başlanğıcından xəbər verir. Əsasən Paşinyanın xarici siyasətinin tədqiqi, həmçinin Kremlin təhdid dolu mesajını çatdırmağa gedir”.

Turkustan.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə məsələni şərh edərkən deyib.

O qeyd edib ki, ötən həftə Putinin Moskvada Paşinyanı qəbul etməməsi, təzyiq mesajı olmaqla yanaşı, artıq onunla danışmağın heç bir məna kəsb etmədiyindən irəli gəlir:

“Moskva görüşü yalnız Paşinyan üçün görüntü olaraq lazım idi. Putin bu fürsəti ona tanımadı. Artıq Rusiyada erməni lobbisi, maliyyə mərkəzlərinə Ermənistana maliyyə yardımın dayandırılması barədə Kremldən göstəriş verilib. Bu da Ermənistanda sosial vəziyyəti ağırlaşdırmaqla yanaşı, Rusiyanın ermənilərə təzyiqi deməkdir. Kreml bununla Ermənistanın yeni rəhbərliyi ilə haqq-hesab çəkməyə başlayır. Qazın qiymətinin qaldırılması bunun bariz göstəricisidir. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Q.Karasin emosional və açıq şəkildə təhdidedici ritorikaya malikdir. Məhz Moskva Karasini görəvləndirməklə Paşinyanı açıq şəkildə başa salmağa göndərir. Hazırda Rusiya Ermənistan əlaqələrinin inkişafını Paşinyan durdurub. Bundan əlavə, Qarabağdakı separatçıların Paşinyana qarşı sərt mesajlarının arxasında Moskvanın dayanması da istisna edilməməlidir”.

Politoloq bildirib ki, Karasinin Yerevanda aparacağı danışıqlarda Robert Koçaryanın həbsdən azad olunmasını tələb edəcək:

Bundan əlavə Paşinyanın xarici siyasət kursunda anti-Rusiya meyillənməsini, Ermənistan üçün təhlükəsizlik məsələsini qeyd edəcək. Digər bir məsələ isə “Qarabağ klanı”na qarşı siyasi təqibi dayandırmağı tələb etmək olacaq. Çünki Moskvanın siyasi dayağı olan “Qarabağ klanı”nın siyasi səhnədən getməsi, Paşinyanın əl-qolunu açır. Amma Moskvanın bu ölkədə siyasi dayaqlarını zəiflədir. Ermənistanda elə bir situasiya yetişdi ki, Rusiya öz forpostunu itirmək mərhələsindədir. Karasinin əsas müzakirə predmeti Qarabağ məsələsi olacaq. Qeyd edim ki, “Sorosun uşaqları”, “Kremlin uşaqları”nı sıradan çıxarır”.    /Cebhe.info/