VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
31.01.2019 10:15 · gunaynovruz

Azərbaycanlı jurnalist İtaliya mətbuatında Xocalıdan yazdı

Azərbaycanlı jurnalist Cavid Şahverdiyevin İtaliyanın tanınmış www.riverflash.it saytında Xocalı soyqırımı ilə bağlı geniş yazısı dərc edilib. Yazıda Ermənistan ordusunun rus əsgərləri ilə birlikdə 1992-ci il 25-26 fevral tarixlərində Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edilib. Xocalıda…

Azərbaycanlı jurnalist Cavid Şahverdiyevin İtaliyanın tanınmış www.riverflash.it saytında Xocalı soyqırımı ilə bağlı geniş yazısı dərc edilib.

Yazıda Ermənistan ordusunun rus əsgərləri ilə birlikdə 1992-ci il 25-26 fevral tarixlərində Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edilib. Xocalıda vəhşiliklə qətlə yerilən, itkin düşən, əsir götürülən və yaralanan soydaşlarımızla bağlı statistik rəqəmlər göstərilməklə yanaşı, öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin dəhşətli etirafları da yer alıb. 

Yazı da həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdirdiyi, işal etdiyi ərazilərdən çıxmadığı, əksinə hər gün atəşkəs rejimini pozduğu və hətta mülki azərbaycanlıları güllələdiyini də göstərilib. 

Qeyd olunub ki, hər il bütün dünya azərbaycanlıları bu qırğını anır və 27 il əvvəlki dəhşətli gecədə baş verənlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir. “Xocalıya ədalət!” Beynəlxalq kampaniyası səviyyəsində dünya ictimaiyyəti Xocalıda törədilən erməni vəhşilikləri ilə tanış olur. Vurğulanır ki, Ermənistan tərəfindən törədilmiş Xocalı hadisələri və digər cinayətlər bəşəriyyətə qarşı cinayət kimi hesab edilməlidir və bu cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən siyasi və hüquqi qiymət almalıdır. BMT Təhlükəsizlik Şurasının işğal olunan Azərbaycan ərazilərindən Ermənistan Silahlı dəstələrin çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsi, eyni zamanda Qərb və bir neçə beynəlxalq təşkilatın ermənilərin işğalçılıq siyasətinə göz yumması da azərbaycanlı jurnalistin yazısında qeyd edilib. 
Azərbaycanlı jurnalist İtaliya mətbuatında Xocalıdan yazdı
http://www.riverflash.it/wordpress/per-non-dimenticare-il-massacro-di-khojaly-nella-notte-tra-il-25-e-il-26-febbraio-1992/