Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1897-ci ildə Tiflisdə doğulan Müzəffər Nərimanov ilk təhsilini rus-tatar məktəbində alıb..
1897-ci ildə Tiflisdə doğulan Müzəffər Nərimanov ilk təhsilini rus-tatar məktəbində alıb. Bakı Realnı məktəbində oxuyarkən inqilabi hərəkata qoşulub. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olub.
1921-ci ildə AK(b)P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilib. 1925-ci ildə G. V.
Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirib, AK(b)P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarının müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK(b)P MK katibi, Ural Vilayəti İstehlak İttifaqının sədr müavini (1930-1933), AK(b)P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışıb. ÜİK(b)P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olub. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.
Müzəffər Ələkbər oğlu Nərimanov 1937-ci il sentyabrın 3-də Mir Cəfər Bağırov tərəfindən həbs edilir. Saxtalaşdırılmış materiallar əsasında onun barəsində irəli sürülən ittihama görə, Nərimanov Azərbaycanda fəaliyyətdə olan əksinqilabi təxribatcı və ziyanverici trotskiçi-terrorçu təşkilatın rəhbərlərindən biri kimi alman və türk kəşfiyyatı ilə xəyanətkar əlaqəyə girərək onların tapşırığı ilə Azərbaycanın xalq təsərrüfatına ziyan verən təxribatlar törədib. İstintaq zamanı M.
Nərimanov 200 nəfər haqqında ondan tələb olunan ifadə verib. RSFSR CM-nin 58-1 “a”, 58-2, 58-7, 58-8 və 58-11 maddələri ilə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına əsasən, Müzəffər Nərimanov ən yüksək cəzaya- bütün əmlakı müsadirə edilməklə – güllələnməyə məhkum edilib və 1938-ci il aprelin 21-də Moskvada güllələnib. Onu da deyək ki, M.
Nərimanov Nəriman Nərimanovun əmisi nəvəsidir. Bakıda adına küçə var…
