Azərbaycanda, xüsusilə də Bakı şəhərində məşhur olan küçələrin adı ilə bağlı silsilə yazı…

Şrift
Azərbaycanda, xüsusilə də Bakı şəhərində məşhur olan küçələrin adı ilə bağlı silsilə yazı…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycanda, xüsusilə də Bakı şəhərində məşhur olan küçələrin adı ilə bağlı silsilə yazı….

Azərbaycanda, xüsusilə də Bakı şəhərində məşhur olan küçələrin adı ilə bağlı silsilə yazılarımızı davam etdiririk. Bu dəfə Vorovski barədə danışacağıq. Bakının Binəqədi rayonunda bir yaşayış ərazisi var- “Vorovski” adlanır.

Rəsmi sənədlərdə bu ərazi ya “Vorovski qəsəbəsi” kimi yazılır, ya da “Vorovski yaşayış massivi” kimi. Ərazi paytaxt sakinləri arasında məşhur yer hesab olunur və “Vorovski” deyiləndə söhbətin hansı məkandan getdiyini böyük əksəriyyət bilir. Ancaq Vorovskinin kim olduğunu çox adam bilmir.

Modern. az saytı “Bakının köhnə yerləri” rubrikasında belə yazır:"Axı kimdir bu Vorovski, onun adı niyə Bakıdakı yaşayış massivindən götürülmür? Bakının haqqında bəhs etdiyimiz qəsəbəsinə adı verilən şəxs milliyətcə polyak olan ruslaşmış kommunist Vatslav Vatslavoviç Vorovskidir.

Ruiyalı inqilabçı, publisist və ədəbiyyatşünas Vorovski həm də keçmik Sovet ittifaqının ilk diplomatlarından biri olub. Vatslav Vorovski 1871-ci ildə Moskvada ruslaşmış polyak zadəganın ailəsində dünyaya gəlib. O, lüteran kilsəsi yanında orta məktəbdə təhsil alıb.

Məktəbdə hökumət əleyhinə şeirlər yazır, şagirdlərin qanunsuz yığıncaqlarında çıxışlar edirmiş. 1890-cı ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, bir il sonra Moskva İmperator Texnikumuna köçürülür və 1891-1897-ci illərdə orada oxuyur. 1884-cü ildən inqilabi hərəkatda iştirak etməyə başlayıb.

1897-ci ildə həbs olunub və Rusiyanın Vyatka quberniyasına sürgün edilib. Sürgündən sonra Cenevrədə mühacirətdə yaşayıb, orada bolşeviklərə qoşulub, “İskra” qəzetinin əməkdaşı olub. O, bolşeviklərlə Polşa solçuları arasında əlaqə quran şəxs idi.

1905-ci ildə xaricdən Peterburqa gəlib, bolşevik qəzet və jurnallarında əməkdaşlıq edib. Sonralar bolşevik kimi fəallığı artıb. 1917-ci ildə Leninin təklifi ilə yaradılan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici bürosunun tərkibinə daxil edilib.

Boşeviklər hakimiyyətə gəldikdən sonra o, Skandinaviyada səlahiyyətli nümayəndə təyin olunub. O zaman Vatslav saxta adlarla Avropa banklarında hesablar açıb. Bütün bunlar beynəlxalq fəhlə hərəkatını dəstəkləmək məqsədi daşıyırmış.

1919-cu ildə Vorovski Rusiyaya qayıdıb, Dövlət Nəşriyyatının rəhbəri vəzifəsində çalışıb". Qeyd edək ki, o, 1921-ci ildə İtaliyada səlahiyyətli və ticarət nümayəndəsi olub. 1923-cü ildə keçirilən Lozanna konfransında Sovet nümayəndə heyətinin tərkibinə daxil edilib.

1923-cü ilin mayında Lozannadakı otelin restoranında Rusiyada inqilab zamanı qohumlarını itirmiş keçmiş ağqvardiyaçı zabit, İsveçrə vətəndaşı Moris Konradi tərəfindən öldürülüb. Vorovskini güllələyərək iki köməkçisini də yaralayan Konradi tapançanı polisə təhvil verərkən deyib: “Mən yaxşı iş görmüşəm – rus bolşevikləri bütün Avropanı məhv etdilər… Bu qətl bütün dünyaya fayda verəcək”.

Məhkəmə Konradini həbs etmir, əksinə o, səs çoxluğu ilə bəraət alır. Nəticədə bu, SSRİ ilə İsveçrə arasındakı diplomatik əlaqələrin kəsilməsinə səbəb olur. Onun qətlindən sonra həyat yoldaşı əsəb şokundan dünyasını dəyişir.

Vatslav Vorovski Moskvada Qırmızı Meydanda dəfn edilib… Sovet rejimi dövründə SSRİ-nin onlarla şəhərində bir sıra qəsəbə və küçələrə Vorovskinin adı verilib. Onun adı Azərbaycanda da əbədiləşdirilib.1923-cü ildən Bakıda fəhlə qəsəbələrinin tikintisi üçün geniş proqram həyata keçirilməyə başlanıb.

Bu tikinti-qurucuçluq işləri zamanı Bakıdakı Kirov rayonunda salınan qəsəbə Vorovskinin adına rəsmiləşdirilib. Bakıdakı “Vorovski yaşayış massivi” rəsmən 1924-cü ildə istifadəyə verilib. Küçənin adı dəyişilsə də, camaat arasında indi də əsasən bu adla tanınır..

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗