Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə O, Çar ordusunun podpolkovniki olub və "Vəfa" təxəllüsü ilə şeirlər yazıb.1855-ci ildə Şu….
O, Çar ordusunun podpolkovniki olub və "Vəfa" təxəllüsü ilə şeirlər yazıb.1855-ci ildə Şuşa şəhərində qumuq əsilli general-mayor Xasay xan Usmiyevlə (1808–1866) şairə və Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın ailəsində doğulub. Ona ana babası Mehdiqulu xanın adı verilib. 1859-cu ildə Şuşanı ziyarət edən Aleksandr Düma onun barəsində belə yazıb: " 4 və ya 5 yaşlı oğlan, ehtimal ki, instinktiv olaraq əlində xəncər tutmuşdur…
Bu, fransız ananın heç bir zaman övladına verməyəcəyi, həqiqətən də iti bir xəncər idi". 1871-ci ildə hərbi xidmətə başlayıb və elə həmin ildə də "Zati-aliləri İmperatoru 1871-ci ildə Tiflisdə qarşılamaya görə" medalı ilə mükafatlandırılıb. 1871-ci ilin 9 noyabr tarixində praporşik rütbəsinə yüksəlib.
1874-cü ildə Peterburqdakı zadəgan övladları üçün nəzərdə tutulan Paj hərbi korpusunda təhsil alıb. 1876-cı ildən etibarən süvari bölməsində hərbi xidmətini davam etdirib və eskadrona göndərilib. 1877-ci ildə Qafqaz Hərbi Dairəsi komandanının xüsusi işlər üzrə kömökçisi təyin edilib.
1877-1878-ci illər Rus-Türk müharibəsinə qatılıb və müharibənin əsas qəhrəmanlarından olan İosif Qurkonun komandanlığı altında döyüşüb. O, 7 iyul tarixində Tırnovonu ələ keçirib, Haim Boaz keçidi vasitəsiylə Balkanlara daxil olub, böyük müqavimətə baxmayaraq, Uflani, Maglizh və Qazanlakı ələ keçirib. 18 iyulda türklər tərəfindən bir gün əvvəl boşaldılmış Şipkaya hücum edib.
Müharibə bitəndən sonra Qafqaza geri dönüb və cəsurluğa, müharibədə iştiraka etdiyinə görə medallarla təltif edilib. Mehdiqulu xana 1879-cu ilin 21 aprel tarixində kornet rütbəsi verilərək Əlahəzrətin Kazak Mühafizəçiləri Alayına göndərilib. 1890-cı ildən 1895-ci ilə qədər ordu döyüş süvarisi olaraq xidmət edib, Qafqaz Hərbi Dairəsi komandanının adyutantı olub.
1895-ci ildən sonra, o, polkovnik-leytenant rütbəsinə yüksəlib. 1897-ci ildən 1900-cu ilə qədər Qafqaz Hərbi Dairəsində qərargah zabiti kimi xidmət edib. Xidməti qeydlərinə əsasən, o, Şuşada iki evdən ibarət ailə mülkünə, Xankəndi yaxınlığında iki karvansaraya, bağlara, dəyirmanlara sahib olub.
Həmçinin, o, bacısı ilə birlikdə Xasavyurdda insan məskunlaşmayan başqa bir mülkə də sahib olub. Mehdiqulu xanın Şuşadan başqa, Malıbəyli, Qıyaslı, Bilağan, Əhmədvar, Qərvənd-Meydan, Salvard, Qaraqoyunlu, İlxıçılar və s. yerlərdə də mülkləri olub.
Xeyriyyəçiliklə də məşğul olan Mehdiqulu xan 1897-ci il fevralın 17-ində Şuşada öz xərcinə Azərbaycan əhalisi üçün qiraətxana açıb. Mehdiqulu xan 1900-cü ildə Tiflis şəhərində, Mixaylovski küçəsindəki mülkündə vəfat edib. İmarət qəbiristanlığında dəfn edilib.
Mehdiqulu xan Vəfa, İbrahimxəlil xan Cavanşirin nəticəsi, Xurşidbanu Natəvanın oğlu, Mehdiqulu xan Cavanşirin nəvəsi, Xanbikə xanımın qardaşıdır…
