Vətənim Media xəbər verir ki, Bakıda Kolumbiyanın ənənəvi əl işlərinə həsr olunan “The Art of Tamo: A Colombian Artisanal Tradition in Azerbaijan” sərgisi açılıb. Kolumbiyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirdə diplomatik korpusun nümayəndələri, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.
Sərgidə Narinyo bölgəsinin Pasto şəhərindən olan sənətkar Daniel de la Kruzun əsərləri təqdim olunur. Buğda və arpa saplaqlarından hazırlanan nümunələr “enchape en tamo” adlanan texnika ilə işlənib. XVI əsrdə Kolumbiyanın cənubunda yaranmış bu sənət üsulu sərginin əsas mövzusudur. Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo layihənin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfəsini vurğulayıb. Sərgi oktyabrın 4-dək davam edəcək.
Əsas mənbə: APA
