Vətənim Media xəbər verir ki, Bakıda “Avropa Təamları” Kulinariya Festivalı dördüncü dəfə keçirilir. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və üzv dövlətlərin səfirliklərinin birgə təşkil etdiyi tədbirdə ziyarətçilər Avropa mətbəxi ilə yanaşı, ölkələrin mədəniyyət və ənənələri ilə də tanış ola bilirlər.
Avstriya, Belçika, Xorvatiya, Fransa, Almaniya, Polşa, Portuqaliya, Slovakiya və İspaniyanın səfirlikləri milli yeməklərini təqdim edir. Proqramda kulinariya ustad dərsləri, viktorinalar, musiqi və başqa fəaliyyətlər yer alır. Aİ-nin Azərbaycandakı nümayəndəsi Mariana Kuyundziç festivalın Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın 30 illiyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində təşkil edildiyini bildirib. Festival saat 18:00-dək davam edəcək.
Əsas mənbə: APA
