Vətənim Media xəbər verir ki, MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar heyəti Ağdam şəhərinə səfər edib. 13 ölkəni təmsil edən qonaqlar şəhərin tarixi və mədəni məkanları ilə tanış olublar.
Səyyahlar əvvəlcə Ağdam Cümə Məscidini ziyarət edib, məscidin tarixi, işğaldan əvvəlki vəziyyəti və işğal dövrü barədə məlumat alıblar. Daha sonra şəhərdə işğal zamanı baş vermiş dağıntılara və bərpa işlərinə baxıblar. Heyət yenidən qurulan İmarət abidə kompleksini də ziyarət edib. Səfərin davamı olaraq qonaqların Kəlbəcər və Ağdərə rayonlarına getməsi planlaşdırılır.
Əsas mənbə: APA
