Vətənim Media xəbər verir ki, Suriyada itkin düşmüş şəxslərin sayının 100 mindən çox olduğu, bəzi hesablamalarda isə 200 minə yaxınlaşdığı bildirilir. Ölkənin İtkin Düşmüş Şəxslər üzrə Milli Komissiyasının sədr müavini Ammar Alesah bu rəqəmin hələ dəqiq müəyyənləşdirilmədiyini deyib. O, bu barədə Bakıda keçirilən itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın panelində danışıb.
Alesahın sözlərinə görə, Suriyanın yeni hökuməti 2025-ci ilin mayında itkin düşənlərin taleyini araşdırmaq və onların ailələrinin hüquqlarını qorumaq üçün ilk dəfə milli qurum yaradıb. Ölkədə Bəşər Əsəd rejimi dövründə yoxa çıxan və həbs edilənlərlə yanaşı, İŞİD tərəfindən oğurlanan, hərbi əməliyyatlar və miqrasiya zamanı itkin düşən şəxslər də var. Komissiyanın əsas işlərindən biri müxtəlif qurumlarda saxlanılan məlumatları vahid milli çərçivədə toplamaqdır.
Əsas mənbə: APA
