Hadrutun azad edilməsi 44 günlük müharibənin dönüş nöqtələrindən biri oldu

Şrift
🔊 Xəbəri dinlə — Babək
Hadrutun azad edilməsi 44 günlük müharibənin dönüş nöqtələrindən biri oldu

Vətənim Media xəbər verir ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları zamanı qəsəbə oktyabrın 9-da azad olunub.

Prezident İlham Əliyev həmin gün xalqa müraciətində Hadrutla yanaşı, daha səkkiz yaşayış məntəqəsinin də azad edildiyini açıqlayıb. Bunlar Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı kəndləri, Füzuli rayonunun Yuxarı Güzlək və Gorazıllı kəndləri, Tərtər rayonunun Çaylı kəndi və Xocavənd rayonunun Sor kəndidir. Hadrut əməliyyatı 44 günlük müharibənin əsas dönüş nöqtələrindən sayılır; qəsəbənin azad olunması Ermənistan ordusuna ciddi hərbi və psixoloji zərbə vurub, Azərbaycan Ordusunun Şuşaya doğru irəliləməsi üçün yol açıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗