Vətənim Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçılara hər üç aydan bir əlavə 30 manat ödənilməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Nazirlik sosial şəbəkələrdə və bəzi saytlarda yer alan iddialara aydınlıq gətirərək, Azərbaycanda pensiya alan şəxslər üçün belə əlavə ödənişin nəzərdə tutulmadığını qeyd edib. Məlumat nazirliyin sorğusuna cavabında açıqlanıb.
Əsas mənbə: APA
