Vətənim Media xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova dövlət ümumtəhsil məktəblərində şagird və müəllimlər üçün müəyyənləşdirilmiş geyim qaydalarına riayət olunmasının vacibliyini bildirib.
Behbudovanın sözlərinə görə, vahid geyim qaydaları dünyəvi təhsil prinsipləri çərçivəsində nəzərdən keçirilməlidir. O, dini inanclardan xarici siyasi təsir vasitəsi kimi istifadə olunması cəhdlərinə qarşı cəmiyyətin diqqətli olmasının vacibliyini də vurğulayıb.
Əsas mənbə: APA
