Vətənim Media xəbər verir ki, Rezo Qabriadze Kukla Teatrı Bakıda “Alfred və Violetta” tamaşasını təqdim edib. Səhnə əsərinin yeni quruluşunu Rezo Qabriadzenin oğlu, rejissor Leo Qabriadze tamamlayıb.
Tamaşa ilk dəfə 1981-ci ildə teatrın açılışında göstərilib. Rezo Qabriadze vəfatından əvvəl pyesi yenidən işləyərək hadisələrin zamanını 1981-ci ildən 1991-ci ilə dəyişib. Yenilənmiş versiyanın dünya premyerası 2022-ci ilin fevralında Venesiyadakı “Teatro Goldoni”də keçirilib.
Leo Qabriadze teatrın 46 yaşının tamam olduğunu və kollektivin Bakıda qonaq olmaqdan məmnunluğunu bildirib. O, Bakıda sonuncu dəfə 1982-ci ildə olduğunu və şəhərin xeyli dəyişdiyini deyib.
Əsas mənbə: APA
