Vətənim Media xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkəsinin gələn həftə Əbu-Dabidə keçiriləcək Ukrayna ilə bağlı müzakirələrə qatılacağını bildirib. Barro bu barədə RTL radiostansiyasına müsahibəsində danışıb.
Nazir Fransanı danışıqlarda kimin təmsil edəcəyinin hələ müəyyənləşmədiyini, ölkənin iştirakının isə dəqiq olduğunu deyib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun açıqlamasına görə, Vaşinqton noyabrın 10-11-də Əbu-Dabidə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirəcək. Müzakirələrdə müharibənin başa çatdırılması, müharibədən sonrakı təhlükəsizlik təminatları və gərginliyin azaldılması nəzərdə tutulur.
Əsas mənbə: APA
