Vətənim Media xəbər verir ki, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş təşkil olunub. Yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Milli Müdafiə Universitetinin tabeliyindəki Naxçıvan Hərbi Kollecin kursantları iştirak ediblər.
APA-nın yerli bürosunun məlumatına görə, orkestrin müşayiəti ilə Dilqəm Pişəvəri küçəsindən başlayan yürüş Əziz Əliyev küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindən keçərək Zəfər parkınadək davam edib. Yürüş zamanı hərbi-vətənpərvərlik marşları və şüarlar səsləndirilib.
Əsas mənbə: APA
