Vətənim Media xəbər verir ki, 2025-ci ilin əvvəlində Ay Saturnun qarşısından keçərək onu Yerdən görünməz edib. Bu örtülmə Qrenlandiyadan Mərkəzi Avropaya və Şimali Afrikaya uzanan dar ərazidən müşahidə olunub.
NASA-nın məlumatına görə, Sardiniyada gün batdıqdan sonra çəkilmiş üç kadr birləşdirilərək görüntü hazırlanıb. Saturnun yaxınlığındakı parlaq nöqtə onun peyki deyil, 85 Aquarii ulduzudur. Ayın Saturnu örtməsi Yer üzünün bəzi yerlərindən növbəti dəfə 2031-ci ildə görünəcək.
Əsas mənbə: NASA

