Naxçıvanda Atatürkün vəfatının 88-ci ildönümü qeyd olunub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Naxçıvanda Atatürkün vəfatının 88-ci ildönümü qeyd olunub

Vətənim Media xəbər verir ki, noyabrın 10-da Naxçıvanda Mustafa Kamal Atatürkün vəfatının 88-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbir Atatürkün şəhərdəki abidəsinin ziyarəti ilə başlayıb, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Türkiyənin Naxçıvandakı baş konsulu Ali Sevim abidə önünə əklil qoyub. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvandakı nümayəndəliyinin zabitləri və Türkiyədən olan tələbələr isə abidə önünə gül dəstələri düzüblər. Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗